Dünya

Donetsk vilayətində "Nyu-York" yaşayış məntəqələri vuruldu, 3 nəfər öldü

28 Aprel 2022 17:30
0 Şərh     Baxış: 1 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın idarə olunmayan hava raketləri Donetsk vilayətində "Nyu-York" yaşayış məhəllələrində sənaye müəssisəsi və yaşayış məntəqələrini vurub, 3 nəfər həlak olub.

Milli.Az Ukrayna mətbuatına istinadən bildirir ki, bu haqda Regional Dövlət Administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat verib.

"Üç ölü, üç yaralı. Hamısı dinc sakinlər. Rusların "Nyu-York"a endirdiyi hava zərbəsinin ilkin nəticələri bunlardır.

Ən azı 9 fərdi evə ziyan dəyib, lakin dəymiş ziyanın dəqiq məbləği hələ müəyyən edilməyib.

Ruslar yenə də dinc əhaliyə zərbələr endirirlər - onlar Ukraynanın mülki əhalisini məhv etmək üçün müharibə aparırlar", - o deyib.

Aslan Məmmədov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.