Rusiyanın idarə olunmayan hava raketləri Donetsk vilayətində "Nyu-York" yaşayış məhəllələrində sənaye müəssisəsi və yaşayış məntəqələrini vurub, 3 nəfər həlak olub.
Milli.Az Ukrayna mətbuatına istinadən bildirir ki, bu haqda Regional Dövlət Administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat verib.
"Üç ölü, üç yaralı. Hamısı dinc sakinlər. Rusların "Nyu-York"a endirdiyi hava zərbəsinin ilkin nəticələri bunlardır.
Ən azı 9 fərdi evə ziyan dəyib, lakin dəymiş ziyanın dəqiq məbləği hələ müəyyən edilməyib.
Ruslar yenə də dinc əhaliyə zərbələr endirirlər - onlar Ukraynanın mülki əhalisini məhv etmək üçün müharibə aparırlar", - o deyib.
Aslan Məmmədov
Milli.Az