Dünya

Avdeyevka fosfor mərmilərlə vuruldu

27 Aprel 2022 14:06
0 Şərh     Baxış: 996
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rus qoşunları Avdeyevkaya iki dəfə fosfor mərmisi atıblar.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının sədri Pavel Kirilenko məlumat verib.

İlk olaraq dünən gecə koks-kimya zavodunun ərazisi, bu gün səhər isə şəhərin mərkəzi vuruldu.

"Bu hücumlar nəticəsində şəhərdə bir neçə yanğın baş verib", - o əlavə edib.

"İkinci atəşdən sonra ruslar Avdeyevkaya hava zərbəsi endiriblər - onlar hündürmərtəbəli binanı vurublar. Ən azı bir yaralı haqda məlumdur", - Kirilenko deyib.

Bundan əlavə, onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bu istiqamətdə Rusiya qoşunlarının hücum cəhdini dəf edib.

"Ukraynanın Silahlı Qüvvələri vəziyyəti nəzarətdə saxlayır və biz rusların dinc ukraynalılara qarşı bütün cinayətlərini diqqətlə qeydə alırıq!" - Kirilenko əlavə etdi.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.