Dünya

“Zoom” “zoombombing” qurbanlarına 85 milyon dollar ödəyəcək

25 Aprel 2022 10:12
0 Şərh     Baxış: 672
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Zoom Video Communications" "zoombombing" (prankerlərin təhqiredici mesajlar və şəkillərlə virtual seanslara daxil olması) təcrübəsindən əziyyət çəkən xidmət istifadəçilərinə 85 milyon dollar ödəyəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şirkət 2020-ci ilin mart ayından may ayına qədər olan müddət ərzində qaldırılan iddialar çərçivəsində məhkəmə çəkişmələrinin nəticələrinə görə belə bir razılığa gəlib.

İddiaçılar şirkətin istifadəçilərin təhlükəsizliyini və məxfiliyini pozduğunu vurğulayıblar.

Xüsusilə, San Fransisko Lüteran Kilsəsi və "Oak Life" kilsəsi zərərçəkənlər arasında olub. Bildirilib ki, qanun pozucuları Müqəddəs Kitab dərsləri zamanı cinsi xarakterli müxtəlif şəkillər dərc edib, həmçinin bazar günlərindəki onlayn dini mərasimlər zamanı pornoqrafik görüntülər yayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.