Dünya

Kanada Ukraynaya “M777” haubitsaları verdi

23 Aprel 2022 16:54
Baxış: 707
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanada Ukrayna Silahlı Qüvvələrinə 155 mm-lik "M777" haubitsaları verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand tviter səhifəsində yazıb.

"Kanada Ukraynanın tərəfindədir. Biz ABŞ-la əməkdaşlıq edərək Ukrayna qüvvələrinə bir neçə "M777" haubitsa və müvafiq sursatları çatdırdıq", - o deyib.

Nazirin sözlərinə görə, Kanada Ukraynaya "Carl Gustaf" tank əleyhinə qumbaraatan üçün də əlavə sursat verib.

Bundan əlavə, o, rəsmi Ottavanın Ukrayna Silahlı Qüvvələrinə zirehli texnika və digər yardımlar göstərəcəyini bildirib.

Kanadanın CBC telekanalı Ukraynanın 4 nisbətən yeni "M777" haubitsa aldığını xəbər verib.

Qeyd edək ki, daha əvvəl Kanada hakimiyyətinin Ukraynaya ağır artilleriya göndərəcəyi barədə məlumat yayılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.