Dünya

Rusiya Ukraynada əməliyyatın ikinci mərhələsinə başlayıb

22 Aprel 2022 14:12
Baxış: 825
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Ukraynada həyata keçirdiyi hərbi əməliyyatın ikinci mərhələsinə başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Mərkəzi Hərbi Dairəsinin komandanının müavini, general-mayor Rüstəm Minnekaev açıqlayıb.

Onun sözlərinə görə, xüsusi hərbi əməliyyatın ikinci mərhələsi iki gün əvvəl başlayıb. O bildirib ki, ikinci mərhələdə Rusiya ordusunun əsas tapşırıqlarından biri Donbas və Cənubi Ukrayna üzərində tam nəzarəti ələ keçirməkdir. 

Minnekaev həmçinin qeyd edib ki, Donbas üzərində nəzarəti təmin etmək Krıma quru yol ilə dəhliz yaratmağa imkan verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.