Dünya

Maksim Qalkin İsraildə polis şöbəsinə aparılıb

19 Aprel 2022 20:06
0 Şərh     Baxış: 1 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı şoumen Maksim Qalkin İsrail polisi tərəfindən dindirilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı ötən gün polis şöbəsinə aparılaraq dostunun çimərlikdə hansı şəraitdə ölməsi ilə bağlı sorğu-sual edilib. Bildirilir ki, Maksim onu görən sonuncu şəxs olub.

Bu barədə M.Qalkinin qonşuları "StarHit"ə danışıb:

"Qalkin sahildə dostu ilə birlikdə olub və bir müddət sonra o, naməlum səbəblərdən dənizdə çimərkən boğulub. Maksim onu sağ görən sonuncu insanlardan biridir. Buna görə də o, ifadə vermək üçün yerli idarəyə aparılıb".

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırır. 

Qeyd edək ki, Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyat fonunda şoumen hazırda həyat yoldaşı, Rusiyanın Xalq artisti Alla Puqaçova və övladları ilə İsraildə yaşayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.