Dünya

Ərdoğan: "Putin və Zelenski ilə təmasları davam etdirirəm"

18 Aprel 2022 22:44
0 Şərh     Baxış: 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Biz iki qonşumuz arasında başlayan münaqişəyə son qoymaq üçün intensiv diplomatik səylər göstərdik".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, heyətlərin İstanbul görüşündə konkret addımlara nail olunub.

"Biz hər iki tərəfin etibar etdiyi ölkə olaraq səylərimizi davam etdiririk. Hər iki tərəf İstanbulda danışıqların irəliləməsinin tərəfdardır. Cənab Zelenski və Putinlə müntəzəm olaraq telefon danışıqlarım olur. İki liderin xüsusilə Türkiyədə görüşməsini arzuladığımı bildirirəm. Bu münaqişələr davam etdikcə təkcə itkilər deyil, həm də iqtisadi xərclər artır. İki qonşumuz arasında atəşkəs və daha sonra davamlı sülhün bərqərar olması bəşəriyyət üçün görülən ən yaxşı işlərdən biri olacaqdır",- deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.