Dünya

İl ərzində Yaponiyada əhalinin sayı azalıb

15 Aprel 2022 22:22
0 Şərh     Baxış: 775
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiya əhalisinin sayı bu ölkədə daimi yaşayan əcnəbilər də daxil olmaqla 2020-ci ilin oktyabrından 2021-ci ilin oktyabrınadək 644 min nəfər (0,51 faiz) azalıb. Hazırda ölkə əhalisinin sayı 125,5 milyon nəfər təşkil edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiya İnzibati İşlər və Kommunikasiya Nazirliyi məlumat yayıb. Bildirilir ki, bu, 20-ci əsrin ortalarından sonra əhali sayında ən böyük azalmadır. Bununla yanaşı, 2011-ci ildən bəri ölkə əhalisinin sayı 2,3 milyon nəfər azalıb. Beləliklə, bu prosesin durmadan artdığı qeyd edilir.

Proqnozlara görə, Yaponiyada əhalinin sayı 2050-ci ilədək 100 milyonadək, 2065-ci ilədək isə 88 milyonadək azalacaq. Əhalinin tərkibində yaşı 60-dan yuxarı olacaq sakinlərin sayı isə 38 faizədək artacaq. Əhalinin sayının belə kəskin azalması və bununla yanaşı doğum sayının da kəskin aşağı düşməsi yaxın gələcəkdə hökumət üçün ciddi problemlər yaradacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.