Dünya

Vyana, Berlin və Budapeşt Rusiya qazına qoyulan qadağaya qarşı çıxıb

13 Aprel 2022 22:10
1 Şərh     Baxış: 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vyana, Berlin və Budapeşt Rusiyanın qaz embarqosuna qarşıdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Avstriya kansleri Karl Nehammer CNN telekanalında bildirib.

"Avstriya qaz embarqosuna qarşı bu məsələdə tək deyil. Avropa İttifaqına üzv olan digər ölkələrdə Rusiyaya qarşı sanksiyalarının tərəfdarı deyil. Sanksiyalar Avropadan çox Rusiyaya zərbə vurmalıdır",- deyə kansler bildirib.

Kanslerin sözlərinə görə, Avropa Komissiyası və Aİ Şurası artıq neft tədarükünə qadağa qoyulmasını müzakirə edir. Lakin qaz ayrı məsələdir. Çünki müxtəlif ölkələrin sənayesi ondan asılıdır.

Qeyd edək ki, Avstriya kansleri aprelin 11-də Moskvaya səfər edib və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Görüş mətbuata bağlı qapılar arxasında keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.