Dünya

“Taliban” qızların orta məktəbə getməsinə icazə verəcəyini açıqladı

12 Aprel 2022 19:24
0 Şərh     Baxış: 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Taliban" əfqan qızların orta məktəbdə oxumasına icazə verəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Taliban"ın Qətərdəki nümayəndəsi Süheyl Şahin məlumat verib.

Onun sözlərinə görə, bu, Əfqanıstan hökumətinin qızların təhsili üçün mexanizm və təlimat hazırlamasından sonra baş verəcək.

"Hazırda Əfqanıstanda bütün dövlət və özəl ali təhsil müəssisələri fəaliyyət göstərir. Burada hər iki cinsdən olan tələbələr bütün ixtisaslar üzrə dərslərdə iştirak edirlər. Ümumi mexanizm işlənib hazırlanana və göstərişlər verilənə qədər yalnız 6-12-ci sinif şagirdləri üçün dərslər müvəqqəti dayandırılıb", - deyə S.Şahin bildirib.

Xatırladaq ki, martın 23-də "Taliban" orta məktəbli qızların məktəbə getməsini qadağan edib. Təhsil Nazirliyindən verilən məlumata görə, dərs ilinin başlanması ilə yalnız 6-cı sinfə qədər olan qızlar məktəbə gedə biləcək. Qurumun əmrinə əsasən, 7-12-ci siniflərdə qızlar üçün şəriət, milli adət-ənənə və mədəniyyətə uyğun məktəbli forması hazırlanarsa, hökumətin sərəncamı ilə təhsil müəssisələrinin qapıları onların üzünə açılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.