Dünya

Podolyak: “Putin qismən haqlı idi”

11 Aprel 2022 18:24
Baxış: 2 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya neft-qazından imtina etmək vaxtıdır".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.

"Dürüst olaq. Dünya bilirdi ki, Rusiya aylardır müharibə planlaşdırır. Biz silah, sanksiyalar istəyəndə bizə təxliyə və "Zoom-hökumət" təklif etdilər. Biz Rusiya ilə əlaqələri dayandırmağı tələb edəndə, Kiyevin üç günə işğal olunacağını dedilər.

Putin öz təhlilində qismən haqlı idi. Bəzi siyasətçilər o vaxt artıq Ukraynanı təslim etmək qərarına gəlmişdilər. Onlar "ciddi narahatlıq" ifadə etməyə, psevdo-sanksiya tətbiq etməyə hazır idilər. Ancaq bir şəxs imtina etməyə razı olmadı: Prezident Zelenski və Ukrayna xalqı. Bəzən bir şəxs düzgün seçim edərək hər şeyi dəyişə bilər.

Mütəxəssisləri yox, öz ürəyini dinləmək lazımdır. Avropa İttifaqı siyasətçiləri üçün bu seçimi etmək hələ də gec deyil. Gələcək üçün məsuliyyət götürmək və Rusiya neft-qazından imtina etmək vaxtıdır", - Podolyak qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.