Dünya

Rusiyada partlayış olub, ölənlər var - VİDEO

11 Aprel 2022 09:57
0 Şərh     Baxış: 2 527
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Moskva vilayətinin Stupino şəhərində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin Mətbuat Xidmətindən "RİA Novosti"yə bildirilib.

Məlumata görə, hadisə çoxmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrində baş verib. Hadisənin nasazlıq səbəbindən məişət qazı xəttində sızmadan baş verdiyi bildirilib.

Qeyd olunub ki, qəzanın nəticələrinin aradan qaldırmaq üçün hadisə yerinə 59 nəfər, 20 texnika cəlb edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.