Dünya

Şalva Papuaşvili Buçaya səfər etməkdən imtina edib

8 Aprel 2022 21:56
0 Şərh     Baxış: 1 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az "report"-a istinadən bildirir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Ukraynanın Kiyev vilayətinin Buça şəhərinə səfər etməkdən imtina edib.

"Dəvətə gəlincə, mən istərdim ki, Ukrayna hökumətinin ayrı-ayrı nümayəndələri gürcü xalqının və onun hökumətinin Ukraynaya və Ukrayna xalqına verdiyi güclü dəstəyi tam başa düşsünlər. Ölkələrimiz arasında bu dəstək və tərəfdaşlıq Ukrayna rəsmilərinin gürcü xalqını öz hökumətindən ayırmaq cəhdlərinə layiq deyil. Bu məsələlərin anlaşılmazlığını nəzərə alsaq, rəsmi dəvət yersiz görünür", - Papuaşvili açıqlamasında bildirib.

Xatırladaq ki, martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə mülki şəxslərin meyitləri aşkarlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.