Dünya

İstanbulda hərbi məktəbdə partlayış oldu - VİDEO

8 Aprel 2022 10:30
0 Şərh     Baxış: 1 028
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulda Tuzla Hərbi Piyada Məktəbinin tərkibində yerləşən 41-ci texniki xidmət idarəsində partlayış baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "CNN Türk" yayıb.

Partlayışdan sonra həmin ərazidə yanğın başlayıb. Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb olunub. Hazırda yanğını söndürmək istiqamətində işlər davam etdirilir.

İlkin məlumata görə, partlayış nəticəsində ölən və yaralanan olmayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.