Dünya

Zelenski təhlükəsizlik təminatlarını müzakirəyə hazır olan 7 ölkənin adını çəkdi

6 Aprel 2022 22:10
0 Şərh     Baxış: 1 075
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeddi ölkə Ukrayna üçün təhlükəsizlik təminatlarına dair beynəlxalq sazişin məzmununu müzakirə etməyə hazırdır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Vladimir Zelenski Türkiyənin "Habertürk" telekanalına müsahibəsində bildirib.

"ABŞ, Böyük Britaniya, Türkiyə, Polşa, Almaniya, Fransa, İsrail - bunlar hələ zaminlərin hamısı deyil. Amma mən o ölkələrin adını çəkdim ki, gəlib təhlükəsizlik zəmanətlərinin siyahısını müzakirə etməyə hazırdır. Ona görə də bu, ilk addımdır. Bu qarantlarla görüş, sonra - təhlükəsizlik zəmanətləri ilə bağlı birgə anlaşma, sonra isə Rusiya tərəfi ilə əlaqə", - Zelenski deyib. 

Onun sözlərinə görə, bəzi ölkələr Ukraynanı tam dəstəkləməyə hazırdır, bəziləri isə yox, ona görə də məsləhətçilər səviyyəsində görüş və potensial sənədin bəndlərinin müzakirəsi zəruridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.