Dünya

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək

6 Aprel 2022 14:00
0 Şərh     Baxış: 808
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiq göstərmək üçün sanksiyaları sərtləşdirməyə davam edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Aİ Şurasının prezidenti Şarl Mişel Avropa Parlamentində çıxışında deyib.

"Kremlə maksimum təzyiq göstərmək üçün sanksiyalarımızı sərtləşdiririk. Yeni sanksiyalar paketində kömür idxalına qadağa da daxildir.

Düşünürəm ki, neftlə, hətta qazla bağlı tədbirlərə də gec-tez ehtiyac olacaq", - Aİ Şurasının prezidenti vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.