Dünya

Ukrayna ordusu əks hücuma keçərək bəzi yaşayış məntəqələrini azad edib - FOTO

4 Aprel 2022 07:27
0 Şərh     Baxış: 1 037
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna ordusu Çerniqov vilayəti yaxınlığında Kolıçovka, Yaqidne, İvanovka yaşayış məntəqələrini Rusiya hərbçilərindən azad edib.

Milli.Az bildirir ki, bu barədə "report" Ukrayna Silahlı Qüvvələrinin "Şimal" Əməliyyat Komandanlığına istinadən xəbər verir.

Qeyd edilir ki, ərazidə təmizləmə işləri aparılır, yerli sakinlərə humanitar yardımlar çatdırılır,

"Hazırda yaşayış məntəqələri Rusiyanın işğalından azad edilib. Ərazi Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən təmizlənir və nəzarət olunur. Əhaliyə humanitar yardımlar çatdırılır", - məlumatda deyilir.

Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Rusiya qoşunlarının sıradan çıxarılmış texnikasının fotolarını da nümayiş etdiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.