Dünya

Ukraynada müharibə qıtlığa səbəb olacaq

1 Aprel 2022 08:40
Baxış: 817
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynadan ixracın olmaması səbəbindən bəzi ölkələrdə qıtlıq baş verə bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin aqrar siyasət və ərzaq nazirinin müavini Taras Vısotski bildirib.

Onun sözlərinə görə, Ukrayna son illərdə taxıl tədarükçüləri arasında ilk beşliyə daxil olub, ona görə də bir çox ölkələrə buğda, arpa və qarğıdalı tədarükü ondan asılıdır. Ukrayna eyni zamanda günəbaxan yağının ilk tədarükçüsü, soya, quş əti, bal və süd məhsullarının əhəmiyyətli tədarükçüsüdür.

"Ukrayna məhsullarından ən çox asılı olan regionlara nəzər salsanız, bunlar Yaxın Şərq, o cümlədən Şimali Afrikadır".

"Bir aydan çoxdur ki, limanlar bağlanıb. Təkcə taxıl deyil, ət məhsullarının, xüsusən də mal əti, quş əti, yumurta, süd məhsullarının ixracı da dayanıb. Əslində bu, xeyli qıtlığa səbəb ola bilər və həqiqətən də aidiyyəti ölkələrdə aclıqla nəticələnə bilər", - deyə nazir müavini izah edib.

Vısotski qeyd edib ki, Ukrayna günəbaxan yağı ixracının 55%-ni təşkil edir. Eyni zamanda, Çin və Hindistandan başqa, Avropa İttifaqı ölkələri də əsas idxalçılardır. Buna görə də Ukrayna təchizatı olmadan qlobal qıtlıq yaranacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.