Dünya

Kuleba Türkiyəyə təşəkkür edib

28 Mart 2022 21:05
0 Şərh     Baxış: 746
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ukrayna xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı Kuleba "Twitter" hesabında bildirib.

"Türkiyə XİN başçısı Çabuşoğlu ilə telefon danışığımız oldu. Ukrayna və Rusiya arasında sülh danışıqlarının növbəti mərhələsinə ev sahibliyi etdiyi üçün Türkiyəyə minnətdarıq. Ümid edirəm ki, Türkiyənin vasitəçiliyi ilə bu danışıqlar Ukraynada sülhün və təhlükəsizliyimizin maraqlarına xidmət edən nəticələr verəcək", - deyə Kuleba bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.