Dünya

ABŞ Müdafiə Nazirliyi: “Rusiya artıq Kiyevi tutmaq istəmir” - Plan dəyişib

26 Mart 2022 09:45
0 Şərh     Baxış: 2 358
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya hücum əməliyyatlarının uğursuzluğuna görə Kiyevə hücum etməkdənsə, əsas diqqətini Ukraynanın şərqini ələ keçirməyə yönəldəcək.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yüksəkvəzifəli nümayəndəsi bildirib.

Rusiya qüvvələri Ukrayna Prezident Ofisi ilə danışıqlar zamanı təsir rıçaqlarına sahib olmaq üçün Ukrayna Ordusunu Donbasdan kəsməyə çalışacaq.

Onun sözlərinə görə, ABŞ Rusiya qüvvələrinin Donbas bölgəsində daha aqressivləşdiyini müşahidə edir:

"Onlar, şübhəsiz ki, bunu özlərinə prioritet ediblər".

Qeyd edək ki, Rusiya qoşunları Kiyev yaxınlığında ilişib və müdafiə mövqelərinə keçiblər. Eyni zamanda, Ukrayna Ordusu tədricən Çerniqov istiqamətində irəliləyir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.