Dünya

Rusiya Baydenin Putin haqqında dediklərinə görə ABŞ-a nota verib

21 Mart 2022 19:48
0 Şərh     Baxış: 1 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Rusiya Federasiyasındakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinin ünvanına son zamanlar qəbuledilməz çıxışları ilə əlaqədar səfirə etiraz notası təqdim edilib.

"Martın 21-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılan ABŞ səfiri Con Sallivana demarş edilib və Ağ Evin rəhbəri Co Baydenin bu yaxınlarda Rusiya prezidentinin ünvanına səsləndirdiyi qəbuledilməz çıxışlarla əlaqədar etiraz notası təqdim edilib", - deyə Rusiya XİN-nin yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, Co Bayden Rusiya prezidenti Vladimir Putini "müharibə cinayətkarı" hesab etdiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.