Dünya

"Stinger" işə düşdü: Su-34 qırıcısı Kiyev yaxınlığında vuruldu

18 Mart 2022 14:18
0 Şərh     Baxış: 1 424
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiyev vilayətində Ukrayna hərbçiləri Rusiyaya məxsus Su-34 qırıcısını vurub.

Milli.Az bildirir ki, bu barədə Kiyev vilayət hərbi administrasiyasının sədri Aleksandr Pavlyuk məlumat verib.

"Biz öz qüvvələrimizlə Kiyev vilayətinin səmasını bağlayırıq! Təxminən səhər saat 8:15 radələrində Ukrayna Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri Buçanski rayonunda düşmənin Su-34 qırıcı-bombardmançı təyyarəsini vurublar", - o deyib.

Pavlyuk bildirib ki, təyyarə portativ zenit-raket sistemi "Stinger" vasitəsi ilə vurulub.

"Ekipajın katapultdan istifadə etməsini müşahidə etməmişik, təyyarə müvəqqəti zəbt olunmuş əraziyə düşüb", - Pavlyuk bildirib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.