Kiyev vilayətində Ukrayna hərbçiləri Rusiyaya məxsus Su-34 qırıcısını vurub.
Milli.Az bildirir ki, bu barədə Kiyev vilayət hərbi administrasiyasının sədri Aleksandr Pavlyuk məlumat verib.
"Biz öz qüvvələrimizlə Kiyev vilayətinin səmasını bağlayırıq! Təxminən səhər saat 8:15 radələrində Ukrayna Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri Buçanski rayonunda düşmənin Su-34 qırıcı-bombardmançı təyyarəsini vurublar", - o deyib.
Pavlyuk bildirib ki, təyyarə portativ zenit-raket sistemi "Stinger" vasitəsi ilə vurulub.
"Ekipajın katapultdan istifadə etməsini müşahidə etməmişik, təyyarə müvəqqəti zəbt olunmuş əraziyə düşüb", - Pavlyuk bildirib.
Aslan Məmmədov
Milli.Az