Kiyevdə rus əsgərləri Podolski rayonunda yaşayış məntəqəsini atəşə tutublar.
Milli.Az bildirir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası məlumat yayıb.
Xilasedicilər və tibb işçiləri hadisə yerindədirlər.
"Yaşayış binalarına dəymiş ziyanın xarakteri, miqyası və zərərçəkənlərin sayı dəqiqləşdirilir", - məlumatda deyilir.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, vurulmuş raketdən dağıntıların düşməsi nəticəsində Kiyevin Podolski rayonunda 5 mərtəbəli yaşayış binasında yanğın baş verib.
12 nəfərin xilas edildi, 98 nəfərin təxliyə edildiyi, 4 nəfərin yaralandığı, 1 nəfərin öldüyü bildirilir.
Aslan Məmmədov
Milli.Az