Dünya

Makron Ukraynaya səfərini istisna etməyib

18 Mart 2022 07:46
0 Şərh     Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makron həmkarı Volodimir Zelenski ilə görüşmək üçün Ukraynaya səfər edə biləcəyini deyib.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə "Noticiasaominuto" məlumat yayıb.

Lakin Fransa Prezidenti vurğulayıb ki, bu səfərin əsas şərti onun faydasız olmamasıdır.

"Fevral ayında bu, Moskvaya və Kiyevə gedəndə oynamağa "kart"ım olduğunu və hələ də bir ehtimalın olduğunu düşündüyüm üçün idi", - Fransa lideri deyib.

Makron bildirib ki, danışıqları davam etdirir. Lakin nəzərəçarpacaq bir şey kristallaşana qədər (Rusiya Federasiyası ilə danışıqlarda - red.) (Kiyevə getmək - red.)" əbəs olardı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.