Dünya

Ruslar xəstəxananı ələ keçirdi, 400 nəfər girov saxlanılır

16 Mart 2022 14:10
1 Şərh     Baxış: 1 470
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya əsgərləri bir gün əvvəl tibb işçilərinin və şəhər sakinlərinin girov götürüldüyü Mariupol regional xəstəxanasından atəş açır.

Milli.Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini - müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib.

Onun sözlərinə görə, hazırda xəstəxanada 400-ə yaxın insan var. Girovlar arasında tibb işçiləri və şəhər sakinləri də var. Reanimasiya xəstəxanası martın 15-də rus əsgərləri tərəfindən zəbt edilib.

"İndi xəstəxanadan atəş açırlar. Bu, insanların humanitar dəhlizlərlə hərəkəti üçün böyük təhlükə yaradır", - Vereşçuk bildirib.

Həmçinin, Ukrayna martın 16-da evakuasiya dəhlizləri ilə bağlı Qırmızı Xaç Cəmiyyətindən cavab almayıb.

Xatırladaq ki, dünən 20 minə yaxın insan şəxsi avtomobilləri ilə humanitar dəhlizlə Mariupoldan çıxıb.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.