Dünya

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

15 Mart 2022 12:36
0 Şərh     Baxış: 1 239
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində bildirilib.

Qeyd edilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 404 ədəd tankı, 1279 ədəd zirehli döyüş maşını, 150 ədəd artilleriya sistemi, 64 ədəd reaktiv yaylım atəş sistemi, 36 ədəd havadan müdafiə sistemi, 81 ədəd hərbi təyyarəsi, 95 ədəd helikopteri, 640 ədəd avtomobil texnikası, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 9 ədəd dronu məhv edilib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 13 500-dən çox canlı qüvvəsini itirdiyini bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.