Dünya

“Biz bu vəziyyətə dözə bilmərik"

13 Mart 2022 12:12
0 Şərh     Baxış: 1 324
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xorvatiya Rusiyanın pilotsuz təyyarəsinin qəzaya uğramasına görə NATO-nu tənqid edib
Xorvatiya rəsmiləri Rusiya istehsalı olan pilotsuz təyyarənin ölkədə düşməsinə görə NATO-nu tənqid edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

NATO nümayəndəsi cihazın uçuş marşrutu haqqında bildiklərini söyləyib. Xorvatiyanın baş naziri Andrey Plenkoviç bildirib ki, bu barədə alyansdan heç kim ölkə hakimiyyətinə məlumat verməyib.

"Biz bu vəziyyətə dözə bilmərik. Bu, açıq təhdid idi. NATO və Avropa İttifaqı buna cavab verməlidir", - baş nazir deyib.

Qeyd edək ki, təyyarə paytaxt Zaqrebdə tələbə yataqxanasının yaxınlığındakı sahəyə çırpılıb. Yerə düşənə qədər isə Rumıniya və Macarıstan ərazilərini keçib. Hadisə nəticəsində yaxınlıqda dayanmış 40 avtomobil zədələnib. Ölən və yaralanan yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.