Dünya

Əhaliyə çörək və dərman paylayan mer öldürüldü

7 Mart 2022 11:20
Baxış: 3 466
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya hərbçilərinin Kiyevin ətrafını atəşə tutması nəticəsində Ukraynanın Qostomel şəhərinin başçısı Yuri Prilipko ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki,bu barədə Qostomel Şəhər Şurası məlumat yayıb.

Bildirilib ki, Yuri İliç Prilipko aclara çörək, xəstələrə dərman paylayar, çarəsizlərə və ümidsizlərə yardım edirmiş: "Onu heç kim Rusiya hərbçilərinin gülləsi altına getməyə məcbur etmirdi".

Vurğulanıb ki, mövcud şəraitə görə onun dəfninə heç kim dəvət olunmayıb.

Məlumata görə, Yuri Prilipko ilə yanaşı, Ruslan Karpenko və İvan Zarey də güllələniblər.

Qeyd edək ki, Qostomel Kiyev vilayətinin Buçanks rayonunun şəhərtipli qəsəbədir. 2022-ci il martın 6-da Ukrayna Prezidenti Volodimir Zelenskinin sərəncamına əsasən "Qəhrəman şəhər" fəxri adına layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.