Dünya

Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu başa çatıb - YENİLƏNİB

7 Mart 2022 22:04
0 Şərh     Baxış: 3 264
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

21:57

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu başa çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın Belarusdakı səfirliyi məlumat yayıb.

--------

18:34

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın Belarusdakı səfirliyi məlumat yayıb.

--------

08:17

Bu gün Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu keçiriləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Strana" nəşri məlumat yayıb.

Ukrayna nümayəndə heyətinin üzvü, hakim "Xalqın xidmətçisi" partiyasının parlament fraksiyasının rəhbəri David Araxamia danışıqların Polşa-Belarus sərhədində aparılacağını bildirib.

Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski YouTube-da "Solovyev live" proqramında qarşıdan gələn danışıqlarla bağlı məlumatı təsdiqləyib.

Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü, Ali Radada hakim olan "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamia Moskvanın şərtləri ilə Kiyevin razılaşa bilməyəcəyini deyib.

"Razılaşmağın demək olar ki, mümkün olmadığı yeganə iki hissə Krım və iki qondarma respublikadır. Rusiya israrla onların müstəqilliyini tanıyır. Bu, Ukraynanın bir hissəsidir. Təbii ki, bu mövqe Ukrayna cəmiyyəti üçün qəbuledilməzdir", - deyə Araxamiya bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.