Dünya

Blinken Rusiyaya xəbərdarlıq edib

6 Mart 2022 15:22
0 Şərh     Baxış: 1 619
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Qərb ölkələrinin Rusiyaya qarşı sanksiya təzyiqləri Ukraynada hərbi xüsusi əməliyyatı başa çatdırana qədər artacaq.

Milli.Az bu barədə xarici mətbuata istinadən xəbər verir.

"Rusiyaya təzyiq nəinki misli görünməmişdir, nəinki Rusiyada konkret nəticələr verir, həm də bu təzyiq yalnız davam edəcək, bu seçim müharibəsi bitənə qədər artacaq", - Blinken deyib.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələri və beynəlxalq təşkilatların tətbiq etdiyi antirusiya sanksiyalarının müharibə elanına oxşadığını, lakin hələ buna gətirib çıxarmadığını bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.