Martın 3-də Rusiya qoşunları Ukraynanın Çerniqov şəhərindəki Astra zavodunun ərazisini atəşə tutub, mərmi neft bazasına düşüb.
Milli.Az bildirir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Atəş nəticəsində ümumi tutumu 3000 kubmetr dizel yanacağı olan rezervuar qrupu yanıb.
Həlak olanlar və xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.
Aslan Məmmədov
Milli.Az