Dünya

"Yaxınlarım Ukraynada atəş altındadır" - Xalq artisti

2 Mart 2022 15:54
0 Şərh     Baxış: 2 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Xalq artisti Ani Lorak susqunluğunu pozub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni Rusiyanın Ukraynaya hücumu ilə bağlı paylaşım edib.

"Əziz bacı və qardaşlarım, Ukraynada müharibə gedir. Öldürücü və məhvedici müharibədir, hər gün günahsız insanlar öldürülür, ən dəhşətlisi isə uşaqlar ölür... Mən ukraynalıyam, anayam, yaxınlarım hazırda Ukraynada atəş altındadırlar. Milyonlarla ukraynalı bu vəziyyətdədir" deyə, Lorak paylaşımında qeyd edib.

Ani hər kəsə səslənərək "Ürəyim orada əziyyət çəkənlərin yanındadır. Yalvarıram, bu, mənasız, heç kimə lazım olmayan mühairbəni dayandırın" sözlərini əlavə edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.