Dünya

Rusiyanın Polşaya hücum edəcəyi xəbəri yayıldı

26 Fevral 2022 11:20
2 Şərh     Baxış: 3 201
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnsanlar yanacaqdoldurma məntəqəsinə axın etdi, dövlət şirkəti limit qoydu.

Polşa vətəndaşları Rusiyanın ölkələrinə hücum edə biləcəyindən ehtiyat edərək yanacaq yığmaq üçün yanacaqdoldurma məntəqələrinə axışdıqdan sonra yanacaq satışına məhdudiyyət qoyub.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, səlahiyyətlilərin yanacağın tədarükündə problem olmadığı barədə açıqlamalarına baxmayaraq, vətəndaşlar anbarlarını doldurmaqla yanaşı, zibil qutularına da yığmağa başlayıblar.

Dövlət neft şirkəti PKN Orlen isə yanacaqdoldurma məntəqələrinin sıxlığı səbəbindən yanacaq satışına məhdudiyyət qoyulduğunu açıqlayıb. Şirkətdən verilən açıqlamada avtomobillər üçün bir dəfəyə 50 litr, yük maşınları üçün isə 500 litr yanacaq doldurma limitinin tətbiq edildiyi bildirilib.

Son günlər baş verən proseslər nəticəsində ölkədə yanacağa olan tələbatın normadan iki dəfə çox artdığı qeyd edilən açıqlamada ictimai nəqliyyatda hər hansı məhdudiyyətin olmadığı bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.