Dünya

"Kiyevdə vəziyyət nəzarətdədir" - Ukrayna Milli Qvardiyası

24 Fevral 2022 21:11
0 Şərh     Baxış: 1 379
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kiyevdə vəziyyət sakit və nəzarətdədir".

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Milli Qvardiyasının feysbuk səhifəsində bildirilib.

Qeyd olunur ki, polis Ukrayna Milli Qvardiyasının hərbi qulluqçuları ilə birlikdə ictimai təhlükəsizliyin və asayişin təmin edilməsi istiqamətində intensiv xidmət göstərir.

Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları şəxsi təhlükəsizlik tədbirləri və ekstremal şəraitdə davranış qaydaları ilə bağlı insanlara izahat işləri aparırlar.

"Paytaxtda vəziyyət tam nəzarət altındadır. Biz Kiyev əhalisini təşvişə düşməməyə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına öz vəzifələrini yerinə yetirməkdə hər cür köməklik etməyə çağırırıq", - məlumatda deyilir.

Qeyd edək ki, Kiyev şəhər hakimiyyəti fevralın 24-dən komendant saatı tətbiq edib. Belə vəziyyət saat 22:00-dan 07:00-a kimi fəaliyyət göstərəcək. Müəyyən kateqoriyadan olan vətəndaşların sənədləri olduqda hərəkəti mümkün olacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.