Dünya

Göyərtəsində 237 nəfərin olduğu gəmi yandı

18 Fevral 2022 10:22
0 Şərh     Baxış: 1 104
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İon dənizinin Yunanıstan sahillərində İtaliyaya məxsus, 237 sərnişin və 50-dən çox ekipaj üzvünü daşıyan kruiz gəmisi yanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" liman rəhbərliyinə istinadən xəbər verir.

"Euroferry Olympia" gəmisi Yunanıstanın İqumenisa və İtaliyanın Brindisi şəhərləri arasında üzürdü.

Qəzanın baş verdiyi gəmiyə üç patrul qayığı və üç sahil mühafizə yedək gəmisi göndərilib. Hələlik xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.