Dünya

Britaniya Rusiyanın Ukraynanı işğal xəritəsini dərc etdi - FOTO

17 Fevral 2022 22:12
0 Şərh     Baxış: 880
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya "işğal istiqamətləri"nin xəritəsini dərc edib və  xəritədə Rusiya Prezidenti Vladimir Putinin adı qeyd olunub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qurumun rəsmi Tvitter səhifəsində yerləşdirilmiş "Prezident Putinin mümkün işğal oxu" adlı diaqramda oxlar qurudan hücumun iki mərhələsini təsvir edir.

Birinci istiqamətdə olan oxlar Rusiyanın qərb bölgələrindən Kiyev və Dnepr, Krımdan Azov sahilləri boyunca və Belarus ərazisindən Kiyevə müdaxiləsini göstərir. İkinci oxlar isə Dneprdən Vinnitsaya, eləcə də Krımdan Odessaya doğru hərəkəti nəzərdə tutur. Eyni zamanda Böyük Britaniyanın Müdafiə Nazirliyi diaqramların "yalnız illüstrativ məqsədlər üçün hazırlandığını" yazıb.

Təlimlərdən sonra rus qoşunlarının yerləşdirilmə yerlərinə qayıtmasına baxmayaraq, Britaniya MN qeyd edib ki, "Rusiya xəbərdarlıq etmədən işğalı həyata keçirə biləcək mühüm hərbi mövcudluğunu saxlayır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.