Dünya

Rusiyaya cavab ssenariləri hazırlamaq üçün “Pələnglər komandası”

15 Fevral 2022 14:32
0 Şərh     Baxış: 1 458
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ hakimiyyəti Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlaması halında cavab ssenariləri işləyib hazırlamaq üçün "Pələnglər komandası" adlı xüsusi ekspertlər qrupu yaradıb. Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti yazır. Bildirilir ki, qrup ötən ilin noyabrında, Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməyə başladığı vaxtda yaradılıb. Qrupa Dövlət Departamentinin, Energetika Nazirliyinin və Xəzinədarlığın, USAİD və Pentaqonun əməkdaşları daxildir.

"Pələnglər" artıq Ukrayna ətrafındakı münaqişənin eskalasiyası halında "çevik potensial cavablar" planını təsdiqləyiblər. Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarının yaxın günlərdə başlayacağı haqda KİV-lərə ötürülən xəbərlərin də bu qrupdan qaynaqlandığı bildirilir.

Xatırladaq ki, ABŞ və digər Qərb  mənbələri Rusiyanın fevralın 16-da Ukrayna üzərinə hücuma keçəcəyi barədə xəbərlər yayıblar. Bununla əlaqədar olaraq xarici ölkələr öz vətəndaşlarını kütləvi şəkildə Ukraynadan təxliyə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.