Dünya

“Taliban” rəhbərliyi üç müxalif düşərgəyə bölündü

11 Fevral 2022 10:32
0 Şərh     Baxış: 800
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal "Taliban" hərəkatının rəhbərliyi bir-birilə münaqişədə olan üç fərqli düşərgəyə parçalanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "Afganistan International" telekanalı radikalların sıralarında olan mənbələrə istinadən məlumat yayıb.

Birinci qrupa Əfqanıstan müvəqqəti Nazirlər Kabinetinin sədr müavini Əbdül Qani Bəradər rəhbərlik edir. O və tərəfdarları ABŞ-la sülh prosesinin və danışıqların davam etdirilməsinin tərəfdarıdır.

İkinci qanad təşkilatın ilk lideri Molla Ömərin (1960-2013) oğlu, müvəqqəti Əfqanıstan hökumətində Müdafiə Nazirliyinin rəhbəri vəzifəsində çalışan Məhəmməd Yaqubun rəhbərlik etdiyi "Taliban"ın hərbiləşdirilən qoludur.

Üçüncü qanad isə əsasən Əfqanıstandakı çoxsaylı terror aktları ilə tanınan "Taliban"a bağlı Haqqani Şəbəkəsi ilə təmsil olunur. Bu radikal qrupa son dərəcə qapalı həyat tərzi sürən Əfqanıstanın daxili işlər naziri Siracuddin Haqqani rəhbərlik edir. Haqqani bu yaxınlarda Qətərdə Əl-Cəzirə telekanalına bəyan edib ki, Vaşinqton radikal hərəkatın yaratdığı hökuməti tanımayana qədər Taliban ABŞ üçün təhlükə yaratmağa davam edəcək. Lakin sonradan o, sözlərinin yanlış yozulduğuna işarə edərək dediklərini təkzib edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.