Dünya

Ev heyvanları ilə səyahət üçün İspaniyanın ən yaxşı şəhəri

9 Fevral 2022 21:25
0 Şərh     Baxış: 963
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın "My Baggage" şirkəti tərəfindən aparılan tədqiqatın nəticəsinə görə, Madrid it və pişiklərlə səyahət üçün ən yaxşı İspaniya şəhəridir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, reytinq müəllifləri ən yaxşı istiqamətləri müəyyən etməkdən ötrü şəhərin mərkəzindən 8 kilometr radiusda yerləşən bütün baytarlıq klinikalarını, həmçinin heyvan mağazalarını axtarmaq üçün əvvəlcə "Yelp" xidmətindən istifadə ediblər. Daha sonra "Tripadvisor" xidmətinin köməyi ilə müştərilərinə öz ev heyvanları ilə içəri girməyə icazə verən restoran və kafelər axtarılaraq tapılıb. Nəhayət, it və pişik sahiblərinə onlarla birgə qalmaq imkanı verən bütün otellər "Booking" vasitəsilə müəyyən edilib.

İspaniyada 100 şəhər təhlil olunub və Madrid qalib gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.