Dünya

Konki sürən it öz istedadı ilə insanları valeh etdi - VİDEO

9 Fevral 2022 14:32
0 Şərh     Baxış: 1 265
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nyu-Yorkda konki sürən it öz istedadı ilə insanları heyran edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Las-Veqaslı Şerl Delsangro 8 yaşlı labrador Bennini sığınacaqdan götürdüyünü deyir. Qadının sözlərinə görə, ev heyvanını uyutmaq istəyiblər, ona görə də o, bir gündə bütün lazımi sənədləri düzəldib və iti evinə aparıb.

Keçmiş peşəkar fiqurlu konkisürən qadın, Benniyə xüsusi olaraq it üçün hazırlanmış konkidə konki sürməyi öyrətməklə əylənmək qərarına gəlir. Şerilin sözlərinə görə, labrador buzda dərhal özünü inamlı hiss edib.

"Bu, həqiqətən onun xoşuna gəlir", - deyə Delsangro bildirib.

Bundan əlavə, Benni Nyu-Yorkun Mərkəzi Parkına toplaşan hər kəs üçün tamaşa nümayiş edib, bununla da xeyriyyə üçün pul toplaya bilib.

Sahibinin dediyinə görə, bütün vəsaitlər görmə qabiliyyətini itirmiş heyvanlara kömək edən "Anima Vision" fonduna yönəldiləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.