Dünya

"Bitcoin"in dəyəri biraylıq maksimuma çatıb

8 Fevral 2022 20:36
0 Şərh     Baxış: 895
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün "Binance" kriptovalyuta birjasında "Bitcoin"in dəyəri 45,4 min ABŞ dollarını üstələyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu, son bir ayda (yanvarın 5-dən) qeydə alınmış ən yüksək göstəricidir. Kriptovalyutanın kursu yanvarın 24-də 32,9 min dollara qədər enişdən sonra bərpa olunmağa davam edir. O vaxtdan bəri "Bitcoin" 37% bahalaşıb və onun bazar kapitalizasiyası yenidən 850 mlrd. dolları üstələyib.

Qeyd edək ki, "CoinMarketCap"in son məlumatlarına görə, "Bitcoin" son 24 saatda 2,9%, son bir həftədə isə 12,7% bahalaşaraq hazırda 43,8 min dollar civarında ticarət olnunur. Kriptovalyutanın kapitalizasiyası hazırda 829,1 mlrd. dollar təşkil edir. Son 24 saatda 33 mlrd. dollarlıq "Bitcoin" ticarət olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.