Dünya

Rusiya və Fransa prezidentləri arasında telefon danışığı olub

31 Yanvar 2022 23:45
0 Şərh     Baxış: 1 067
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yanvarın 31-də Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasənda telefon danışığı baş tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Ukrayna ətrafında vəziyyət və Rusiya Federasiyasına uzunmüddətli hüquqi təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi davam etdirilib.

Vladimir Putin bu problemlərə fundamental yanaşmaları bir daha ətraflı şəkildə qeyd edib.

Gələcək təmaslar, habelə Rusiya və Fransa prezidentləri arasında şəxsi görüşün keçirilməsi imkanlarının operativ işlənilməsi barədə razılıq əldə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.