Dünya

Çin olimpiya atəşkəsinə əməl etməyə çağırıb

26 Yanvar 2022 22:25
0 Şərh     Baxış: 692
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin dünya ölkələrini olimpiya atəşkəsinə riayət etməyə çağırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə çağırış edən Çin Xalq Respublikasının BMT yanında daimi nümayəndəsi Çjan Tszyun bir ay əvvəl 173 dövlətin Pekin Qış Olimpiya Oyunlarının keçiriləcəyi dövrdə olimpiya atəşkəsinə dair BMT-nin qətnaməsini dəstəklədiyini xatırladıb.

O qeyd edib ki, Çin bütün dünya ictimaiyyətini olimpiya atəşkəsi ənənəsinə əməl etməyə və BMT Baş Assambleyasının qətnaməsinə hörmətlə yanaşmağa çağırır. Olimpiadadan istənilən münaqişə tərəfləri arasında dialoqa başlamaq və qarşıdurmadan çəkinmək üçün istifadə edilməlidir.

Qədin Yunanıstanda Olimpiada zamanı bütün hərbi əməliyyatlar qadağan olunmuşdu. 1993-cü ildə BMT tarixi olimpiya atəşkəsi ənənəsini yenidən bərpa edib.

Xatırladaq ki, Pekin-2022 Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.