Dünya

Qazaxıstanın bütün ərazisində antiterror rejimi ləğv edilib

25 Yanvar 2022 21:27
0 Şərh     Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanın xüsusi xidmət orqanları Almatı və Jambil vilayətlərində, eləcə də Almatı şəhərində antiterror əməliyyatı rejimini ləğv etmək qərarına gəlib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb. Beləliklə, Qazaxıstanın bütün bölgələrində antiterror əməliyyatı ləğv edilir.

Əvvəllər antiterror əməliyyatı rejimi Qazaxıstanın yalnız bu üç rayonunda saxlanılırdı.

İğtişaşların təşkilatçıları və iştirakçılarının müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Silahların və partlayıcı maddələrin aşkar edilməsi üçün hüquq-mühafizə orqanlarına avtonəqliyyat vasitələrinin hərəkətinə nəzarət etmək və onları yoxlamağa icazə verilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.