Dünya

Poroşenko öz məhkəməsində yuxuladı - VİDEO

18 Yanvar 2022 14:42
0 Şərh     Baxış: 784
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukraynanın keçmiş prezidenti, Avropa Həmrəyliyi Partiyasının lideri Pyotr Poroşenko məhkəmə iclası zamanı yuxuya gedib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, keçmiş dövlət başçısı bazar ertəsi Varşavadan Ukraynaya gəlib. Peçersk rayon məhkəməsi dövlətə xəyanət işi üzrə onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun vəsatəti üzrə prosesə başlayıb.

Vəkil İqor Qolovanın çıxışı zamanı keçmiş prezident gözlərini yumub, sonra qoluna söykənərək başını aşağı salmağa başlayıb. Poroşenko bir dəqiqədən çox yatıb. Lakin iclasda iştirak edənlərdən heç biri, o cümlədən hakim buna əhəmiyyət verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.