Çində əhalinin sayı 1 milyard 412 milyona çatıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çində əhalinin sayı ötən il 480 min nəfər artaraq, 1 milyard 412 milyon nəfərə çatıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Milli Statistika Bürosu məlumat yayıb. Ötən il Çində 10,62 milyon körpə doğulub.
Qeyd edək ki, bir çox mütəxəssis Çinin əhalinin yaşlanması problem ilə üz-üzə qaldığını bildirir. 2016-cı ildə Çin hökuməti gözlənilən demoqrafik problemin qarşısını almaq üçün 1982-ci ildən tətbiq olunan "Hər ailəyə bir uşaq" siyasətini ləğv edib. Ailələrə ikinci uşağı dünyaya gətirməyə imkan verən bu qərarın müəyyən müsbət nəticələri olsa da, əhalinin "yaşlanması"nın qarşısını ala bilməyib. Xüsusən şəhərlərdə uşaq böyütməyin bahalı olması və gənc qadınların karyera məsələləri ailələrin bir uşaqla kifayətlənmək ənənəsini yaradıb ki, bu da doğum sayının azalmasına gətirib çıxarıb.
Ötən ilin mayında Çin Xalq Respublikasının Sədri Si Cinpinin rəhbərliyi ilə Kommunist Partiyası mərkəzi komitəsinin siyasi bürosunun iclasında ölkənin 14-cü beşillikdə (2021-2025-ci illər) əhalinin "yaşlanması"nın qarşısını almaq üçün əsas məsələlər müzakirə olunub. Bu məsələlərə ailələrə 3-cü uşağı dünyaya gətirmək icazəsinin verilməsi də daxil idi. Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının ötən ilin yayında "Əhali və ailə planlanması haqqında" qanuna etdiyi düzəlişə əsasən, ailələrə 3-cü uşağı dünyaya gətirməyə icazə verilib. Qanuna edilmiş düzəliş 3-cü uşağı dünyaya gətirmək istəyən ailələrin üzərinə düşən maliyyə yükünü azaltmaq üçün dəstək tədbirlərinin, o cümlədən, sığorta, təhsil, iş yeri, mənzil təminatı sahəsində güzəştlərin tətbiqinə imkan yaradacaq.
Ailələrə üçüncü uşaq sahibi olmağa icazə verilməsi barədə qərarın qəbul olunmasına Çində əhalinin 2010-2020-ci illər üzrə siyahıyaalınmasının nəticələrinə əsasən, ölkədə doğum sayının azalması fonunda yaxın illərdə əhalinin say tərkibində yaşlı insanların sayının üstünlük təşkil etməsi ilə bağlı proqnozlar səbəb olub. Siyahıyaalınmanın nəticələri Çinin materik hissəsində (Tayvan adası, Honkonq və Makao xüsusi inzibati əraziləri istisna olunmaqla) əhalinin sayının ötən onillikdə hər il üzrə orta hesabla 0,53 faiz artdığını göstərsə də, bu rəqəm 1950-ci illərdən sonra ən aşağı göstərici olub.
Mütəxəssislər ÇXR-də yaxın illərdə doğum sayının daha da azalacağını, yaşlı insanların sayının isə çoxalacağını proqnozlaşdırırlar. Belə ki, 2020-ci il siyahıyaalmasının nəticələrinə əsasən, yaşı 60-dan yuxarı olanların sayı çoxalaraq 264 milyona çatıb ki, bu da ölkə əhalisinin 18,7 faizini təşkil edir. Yaşlı insanların sayının artması öz növbəsində əməkqabiliyyətli təbəqənin azalmasına səbəb olur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb





