Dünya

Tramp: “Ağ evi geri alacağıq”

16 Yanvar 2022 12:16
0 Şərh     Baxış: 721
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarlarına 2024-cü ildə Ağ evə qayıdacaqlarına söz verib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Tramp Arizonada keçirilən mitinqdə deyib: "2024-cü ildə biz Ağ evi geri alacağıq".

Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı məsələsi açıq olaraq qalır, siyasətçi əvvəllər bununla bağlı ünvanlanan suala konkret cavab verməyib.

Bu arada, 2020-ci ildə ABŞ prezidenti postu uğrunda mübarizəni Respublikaçılar Partiyasından irəli sürülən və Donald Trampa məğlub olan Ted Kruz prezidentlik ambisiyalarını açıqlayıb. ABŞ-ın hazırkı prezidenti Co Bayden də öz növbəsində bildirib ki, Trampın iştirak perspektivi yalnız hazırkı prezidentin yenidən namizəd olmaq şansını artırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.