Dünya

"Ermənistanda baş nazir kimi azərbaycanlı təyin edilsə..." - erməni Aloyan - VİDEO

15 Yanvar 2022 12:34
2 Şərh     Baxış: 4 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milliyyətcə erməni olan ukraynalı siyasi ekspert Rüstəm Aloyan deyib ki, Ermənistanda baş nazir kimi azərbaycanlı təyin edilsə, onu dəstəkləyəcək.

Milli.Az bildirir ki, Ukrayna Kürd İcmasının sədr müavini, yezidi kürd olduğunu desə də, milli mənsubiyyətcə erməni R.Aloyan daha sonra vurğulayıb:

"Bilirsiniz niyə mən bunu dəstəkləyirəm?! Ermənistanda iki rəhbər var: prezident və baş nazir. Əgər onlardan biri azərbaycanlı olarsa, bu, Azərbaycanla sülhə gətirib çıxarar. "Əgər mən Ermənistanın prezidenti olsaydım və Azərbaycan, həmçinin Türkiyə xalqları ilə sülhsevər, yaxşı münasibətlər qurmaq istəsəydim, erməni xalqına hörmət edən, Ermənistan iqtisadiyyatının və ölkələr arasında dostluq əlaqələrinin inkişafı üçün çalışmağa hazır olan azərbaycanlını baş nazir təyin edərdim".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.